Kateqoriyalar
"SOCAR Georgia Gas" və "Mamed Gas" şirkətləri arasında davam edən gərginlik ictimaiyyətdə narahatlıq yaratmağa başlayıb.
Gərginlik artıq təkcə şirkətlər arasında deyil, yerli sakinlərə də təsir göstərməyə başlayıb. Yaranmış vəziyyət əhali arasında narahatlıq doğurur.
Məsələ ilə bağlı yerli siyasi fəallar da mövqelərini açıqlayıblar.
Siyasi fəal Əhməd İmamquliyev bildirib ki, baş verənlərə görə məsuliyyət yerli hakimiyyətin üzərinə düşür. Onun sözlərinə görə, məqsəd Nəriman Allahverdiyevin biznesini əlindən almaqdır.
Siyasi fəal Nərgiz Əliyeva isə "SOCAR"a müraciət edərək deyib ki, bu cür məsələlər zorakılıq yolu ilə deyil, xalqla dialoq və qarşılıqlı anlaşma əsasında həll olunmalıdır.
Daha ətraflı Salo Salahlının video süjetini təqdim edirik: