Baş nazir: “Dərin dövlət” rusiyalı turistlərin Gürcüstana gəlməsinin qarşısını almağa çalışır
Bugün
196
Siyasət
A
Baş nazir: “Dərin dövlət” rusiyalı turistlərin Gürcüstana gəlməsinin qarşısını almağa çalışır

“Dərin dövlətin yeni planına əsasən, onların yerli agenturası rusiyalı turistin artıq Gürcüstana gəlməməsi üçün hər şeyi etməlidir. Bu isə son nəticədə Rusiya hakimiyyətinin guya Gürcüstanda rusofob əhval-ruhiyyənin olması səbəbilə ölkəmizlə bütün iqtisadi əlaqələri dayandırması ilə nəticələnməlidir". 

Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Hökumət Administrasiyasında keçirdiyi brifinqdə söyləyib.

Onun sözlərinə görə, bütün bunların, eləcə də “ikinci cəbhənin açılmasının” və Rusiyaya qarşı tətbiq edilən sanksiyalara qoşulmağın məqsədi Gürcüstan iqtisadiyyatını çökdürmək, xalqlar arasında düşmənçiliyi qızışdırmaq və prosesləri hərbi münaqişəyə çatdırmaqdır.

“Əgər 2022-ci ildə, Ukraynada müharibə başlayanda, ‘dərin dövlət’in tapşırığı ilə yerli radikal agentura hakimiyyəti ikinci cəbhə açmağa və Ukraynaya könüllülər göndərməyə çağırırdısa, eyni zamanda xarici agentlər Gürcüstana Suxumi və Sxinvalidə hərbi güc nümayiş etdirməyi təklif edirdilərsə, ‘dərin dövlət ’in yeni planına əsasən, onların yerli agenturası rusiyalı turistin Gürcüstana artıq gəlməməsi üçün hər şeyi etməlidir. Bu isə son nəticədə Rusiya hakimiyyətinin guya Gürcüstandakı rusofob əhval-ruhiyyəyə görə ölkəmizlə bütün iqtisadi əlaqələri dayandırması ilə nəticələnməlidir. Bütün bunların, eləcə də ikinci cəbhənin açılmasının və Rusiyaya qarşı tətbiq olunan sanksiyalara qoşulmağın məqsədi Gürcüstan iqtisadiyyatını çökdürmək, xalqlar arasında düşmənçiliyi qızışdırmaq və prosesləri hərbi münaqişəyə çatdırmaqdır. Bizim vəziyyətimizdə isə bu, Gürcüstanın son dərəcə zəifləməsinə və məhv olmaq təhlükəsi ilə üzləşməsinə gətirib çıxarır”, - deyə İrakli Kobaxidze vurğulayıb.

Onun sözlərinə görə, “Dərin dövlət”in planı nə olursa olsun, “siyasi fikir ayrılıqlarının, keçmişdə buraxılmış siyasi səhvlərin və ya "Qlobal Müharibə Partiyası"nın Gürcüstanı müharibəyə cəlb etmək və Rusiya ilə ikinci cəbhə açmaq planının xalqlar arasında düşmənçilik üçün əsas olmasına imkan verilməməlidir.

İrakli Kobaxidze qeyd edib ki, cəmiyyətlər arasında münasibətlərin qorunması və dinc yanaşı yaşamaq istənilən siyasi konyunkturadan və ya qeyri-formal oliqarxik qüvvələrin konkret dövlətlərə münasibətdə konkret planından qat-qat daha vacibdir.

“Ehtiyatlı olmaq ona görə də xüsusilə vacibdir ki, xalqlar arasında mövcud əlaqələrə zərər dəyməsin. Unutmamalıyıq ki, həm Gürcüstanda, həm də Rusiyada çoxlu sayda qarışıq ailə yaşayır. Həmçinin Rusiyada böyük gürcü diasporu, Gürcüstanda isə rus mənşəli çox sayda insan yaşayır. Buna görə də ‘dərin dövlət’in planı nə olursa olsun, siyasi fikir ayrılıqlarının, keçmişdə buraxılmış siyasi səhvlərin və ya 'Qlobal Müharibə Partiyası'nın Gürcüstanı müharibəyə cəlb etmək və Rusiya ilə ikinci cəbhə açmaq planının xalqlar arasında düşmənçilik üçün əsas olmasına imkan verməməliyik. Çünki cəmiyyətlər arasında münasibətlərin qorunması və dinc yanaşı yaşamaq istənilən siyasi konyunkturadan və ya qeyri-formal oliqarxik qüvvələrin konkret dövlətlərə münasibətdə konkret planından qat-qat daha vacibdir”, - deyə hökumət başçısı qeyd edib.

ŞƏRH YAZ
0