Kateqoriyalar
Avqustun 12-nə keçən gecə Tbilisinin Poniçala (Soğanlıq) qəsəbəsində 12 yaşlı Tapdıq Qəhrəmanovun faciəvi qəza nəticəsində həlak olması ilə bağlı hadisənin təfərrüatları məlum olub.
Aktual.ge-nin verdiyi xəbərə görə, ailənin qonşuları sosial şəbəkədə hadisə zamanı yeniyetmənin “Smart” markalı kiçikölçülü avtomobili özünün idarə etdiyini bildiriblər.
Məlumata görə, bir müddət əvvəl valideynləri Tapdıqa həmin avtomobili hədiyyə ediblər. Lakin sürücülük üçün yaşı çatmadığından uşağın yola çıxmasına icazə verilməyib. Hadisə günü isə yeniyetmə valideynlərindən xəbərsiz maşını sürərək küçəyə çıxıb və qəza törədib. Nəticədə, o həyatını itirib.