Soyuq silahla hədə-qorxu gələrək onlayn kredit götürməyə məcbur edən dəstə saxlanılıb
Bugün
86
Kriminal
A
Soyuq silahla hədə-qorxu gələrək onlayn kredit götürməyə məcbur edən dəstə saxlanılıb

Üç nəfər soyuq silahla hədə-qorxu gələrək iki vətəndaşı müxtəlif banklardan onlayn kredit götürməyə məcbur etdikləri üçün saxlanılıb.

Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat verib.

"Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Köhnə Tbilisi Baş İdarəsinin əməkdaşları qrup halında törədilmiş hədə-qorxu ilə tələb etmə (və ya şantaj/gözqorxutma yolu ilə əldə etmə) ittihamı ilə üç nəfəri saxlayıblar.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər soyuq silahla hədə-qorxu gələrək iki vətəndaşı müxtəlif banklardan onlayn kredit götürməyə məcbur ediblər.

Cinayətdə iştirak edən şəxslər vətəndaşlardan birinə təsdiqlənmiş məbləği tam olaraq çıxarıblar və pulu qanunsuz olaraq mənimsəyiblər.

Hüquq-mühafizə orqanları həyata keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində cinayətdə iştirak edən 3 nəfəri saxlayıblar. Polis təqsirləndirilən şəxslər tərəfindən qanunsuz olaraq mənimsənilmiş pul vəsaitinin bir hissəsini maddi sübut kimi götürüb.

Polis tərəfindən cinayətdə iştirak edən digər şəxslərin ifşa edilməsi və məsuliyyətə cəlb olunması məqsədilə müvafiq istintaq hərəkətləri davam etdirilir. İstintaq Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə aparılır ki, bu da 7 ilə qədər azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur", - deyə məlumatda qeyd olunub.

ŞƏRH YAZ
0