Marneuli şəhərində 21 yaşlı Məmmədov Samir adlı gəncdən təxminən 3 gündür xəbər yoxdur.
Bu barədə Aktual.ge xəbər portalına gənc oğlanın atası Hamlet Məmmədov müraciət edib.
Bildirilib ki, Samirin itkin düşməsi ilə bağlı polisə məlumat verilib və hazırda onun axtarışı aparılır, lakin indiyədək Samirin harada olduğu müəyyən edilməyib.
Ailə Marneuli şəhəri, Qribaedov küçəsində yaşadıqlarını bildirib.
“Samir sakit, öz işi ilə məşğul olan bir gənc idi. Liloda tekstil sahəsində işləyirdi, işinə gedib-gəlirdi. Axşamlar isə çayxanaya çıxırdı. İşdən gəldikdən sonra ayın 16-sı axşam saatlarında evdən çıxıb və həmin vaxtdan bəri ondan xəbər yoxdur. Mobil telefonuna bəzən zəng çatır, bəzən isə telefon bağlı olur. Polisə müraciət etmişik, axtarış aparıldığını deyirlər. Əgər hər küçədə təhlükəsizlik kameraları varsa, Samirin hərəkət istiqamətini müəyyən etmək niyə bu qədər çətin olur? Biz istəyirik ki, ərazidəki təhlükəsizlik kameralarının görüntüləri ətraflı araşdırılsın və axtarışlar daha geniş şəkildə aparılsın”, - deyə Hamlet Məmmədov qeyd edib.
Ailə Samiri görən şəxslərdən onunla bağlı hər hansı məlumatı olanların 595 173 777 nömrəsi ilə əlaqə saxlamalarını xahiş edir.