Avqustun 19-21-də Gürcüstanın ayrı-ayrı rayonlarında isti hava fonunda olaraq şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Aktual.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat verib.
Paytaxt Tbilisi şəhərində: Şimşək çaxacağı ilə qısamüddətli az yağış yağacağı və küləyin güclənəcəyi mümkündür. Gündüz hava temperaturu +31, +33 dərəcə qeydə alınacaq.
- Batumi, Kobuleti, Anaklia, Poti: Şimşək çaxacağı ilə qısamüddətli yağış yağacağı mümkündür. Gündüz hava temperaturu +27, +29 dərəcə qeydə alınacaq.
- Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali: Bəzi yerlərdə qısa müddətli yağış və şimşək çaxması gözlənilir. Gündüz hava temperaturu +31, +33 dərəcə qeydə alınacaq.
- Saqareco, Telavi, Qurcaani, Siqnaxi, Laqodexi, Kvareli, Axmeta, Dedoplistsqaro: Bəzi yerlərdə qısa müddətli yağış və şimşək çaxması gözlənilir. Gündüz hava temperaturu +31, +33 dərəcə qeydə alınacaq.