Mixeil Saakaşvili: Qaribaşvili yaxında tüpürdüyünü yalayacaq
Bugün
569
Siyasət
A
Mixeil Saakaşvili: Qaribaşvili yaxında tüpürdüyünü yalayacaq

“Karma çox pis şeydir”.

Aktual.ge xəbər verir ki, Gürcüstanın üçüncü Prezidenti Mixeil Saakaşvili keçmiş Baş nazir İrakli Qaribaşvilinin məktubuna belə münasibət bildirib.

O, həbsxanadan ünvanladığı məktubda xatırladıb ki, məhz Qaribaşvili “Saakaşvili dayanmasa, ona yeni cəzalar əlavə edəcəyik” deyirdi.

“İndi ağası ona eyni sözləri deyib və o da birdən-birə İvanişvilinin ‘şər’, ‘amansız’ və ‘zülmkar’ olduğunu kəşf edib

Yaxın qohumu bir neçə gün əvvəl ‘intihar etdikdən’ sonra (İvanişvilinin Gürcüstanı intiharların sayına görə rekordçudur) bu, Qaribaşvilini panikaya salıb. Amma Qaribaşvili də bütün yüksək vəzifəli ‘Gürcü Arzusu’ nümayəndələri kimi qorxaqdır. Ona görə də yaxın zamanda tüpürdüyünü adi qaydada yalayacaq.

Baxın, nə baş verib – zebra qəfəsdən çıxıb sahibinə qarşı üsyan edib və ona tüpürüb. İndi isə sahibi zooparkın üsyankar sakininin necə sakitləşdiriləcəyini düşünür. Baş oğru İvanişvili ilə onun keçmiş ‘qanadı’ Qaribaşvilinin hekayəsi belədir. Heç bir dəyəri olmayan Qaribaşviliyə gəlincə, məgər o demirdi ki, Saakaşvili dayanmasa, ona yeni cəzalar əlavə edəcəyik? Karma çox pis şeydir”, - deyə Mixeil Saakaşvili qeyd edib.

ŞƏRH YAZ
0