Kateqoriyalar
Marneuli bələdiyyəsinin Alqeti ərazi vahidliyində ciddi psixoloji problemləri olan 40 yaşdan aşağı kişi üç nəfəri bıçaqlayıb.
Aktual.ge-nin verdiyi xəbərə görə, hadisə bu gün günün birinci yarısında baş verib.
Mövcud məlumata əsasən, ciddi psixoloji problemləri olan kişini psixi xəstəxanaya yerləşdirmək istəyən üç yaxın qohumuna bıçaqla xəsarət yetirib.
Yaralılar Marneulidəki klinikalardan birinə yerləşdirilib və müalicədən sonra evə buraxılıb.
Hadisə ilə əlaqədar Daxili İşlər Nazirliyindən Aktual.ge xəbər portalına bildirilib ki, istintaq Cinayət Məcəlləsinin 120-ci (Sağlamlığa qəsdən yüngül zərər vurma) maddəsi ilə başlayıb.
Xəbər yenilənib.