Gürcüstanın ən uzun 10 çayı hansılardır?
11.10.2026 23:35
140
Maraqlı
A
Gürcüstanın ən uzun 10 çayı hansılardır?

Ətraf mühit statistikası portalının yenilənmiş məlumatlarına əsasən, Gürcüstan ərazisində ən uzun çay Alazani çayıdır. Alazani 362 kilometr uzunluğu ilə ölkənin ən uzun çayları siyahısında birinci yerdədir.

Aktual.ge məlumat verir ki, Çay Şərqi Gürcüstanda, Kaxeti regionunda axır. Onun hövzəsinin sahəsi 11 800 kvadratkilometrdir və Xəzər dənizi hövzəsinə daxildir. Alazani əsasən suvarma və kənd təsərrüfatı məqsədləri üçün istifadə olunur.

Gürcüstanın inzibati sərhədləri daxilindəki uzunluğuna görə ikinci yerdə Kür çayı deyil, Rioni çayı qərarlaşır. Rioni çayının uzunluğu 327 kilometrdir.

Ətraf mühit statistikası portalının məlumatına görə, Gürcüstanın ən uzun 10 çayı aşağıdakılardır:

  1. Alazani – 362 km (Kaxeti regionu);

  2. Rioni – 327 km (Böyük Qafqaz dağlarından Qara dənizə qədər);

  3. Kür – 326 km (Türkiyədən Azərbaycana qədər);

  4. İori – 320 km (Böyük Qafqazdan Azərbaycana qədər);

  5. Enguri – 213 km (Qafqaz dağlarından Qara dənizə qədər);

  6. Xtsiya-Xrami – 201 km (Trialeti silsiləsindən Kür çayına qədər);

  7. Tsxenistskali – 176 km (Raça-Leçxumi və Aşağı Svaneti regionu);

  8. Xobi – 150 km (Sameqrelo regionundan Qara dənizə qədər);

  9. Kvirila – 140 km (İmereti regionu);

  10. Algeti – 118 km (Kvemo Kartli regionu).

ŞƏRH YAZ
0