Nərgiz Əliyeva siyasi fəaliyyətini dayandırdığını açıqladı - FOTO
11.10.2026 22:21
683
Siyasət
A
Nərgiz Əliyeva siyasi fəaliyyətini dayandırdığını açıqladı - FOTO

Müxalif “Vahid Milli Hərəkat” partiyasının üzvü Nərgiz Əliyeva siyasi və partiya fəaliyyətini müvəqqəti dayandırdığını açıqlayıb.

Aktual.ge xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Yeni layihəyə başlayacağını bildirən Nərgiz Əliyeva layihənin detalları barədə məlumat verməyib:

"Çox yaxın zamanda yeni bir layihə ilə qarşınızda olacağam. Hər zaman yeni bir işə başlayarkən əsas məqsədim cəmiyyətə fayda vermək, insanların səsinə çevrilmək və ictimaiyyət üçün əhəmiyyətli işlər görmək olub. İnanıram ki, bu yeni layihəmiz də cəmiyyətimizin inkişafına öz töhfəsini verəcək. Bu günə qədər atdığım hər bir addımda gücü, motivasiyanı və ruh yüksəkliyini sizin sevginizdən, etimadınızdan və dəstəyinizdən almışam. Buna görə hər birinizə minnətdaram.

Yeni layihənin mahiyyəti və qarşıya qoyulan məqsədlər obyektivlik, bitərəflik və müstəqil mövqenin qorunmasını tələb edir. Bu prinsiplərə sadiq qalmaq və fəaliyyətimi daha müstəqil şəkildə həyata keçirmək məqsədilə üzvü olduğum siyasi partiyadakı fəaliyyətimi müvəqqəti olaraq dayandırmaq qərarına gəlmişəm.

Xüsusilə qeyd etmək istəyirəm ki, bu qərar siyasi fəaliyyətdən tamamilə uzaqlaşmaq və ya üzvü olduğum partiyadan ayrılmaq anlamına gəlmir. Bu, yalnız yeni layihənin prinsiplərinə uyğun olaraq daha müstəqil, obyektiv və neytral fəaliyyət göstərmək məqsədi daşıyan düşünülmüş bir addımdır.

Yeni mövsümdə yeni ideyalar, yeni hədəflər və yeni layihə ilə qarşınızda olacağam. İnanıram ki, bu yolda da etimadınızı və dəstəyinizi hiss edəcək, birlikdə cəmiyyətimiz üçün faydalı işlərə imza atacağıq. Dəstəyiniz mənim üçün hər zaman ən böyük motivasiya mənbəyi olub. Yeni başlanğıclarda görüşənədək! Yaxında…".

ŞƏRH YAZ
1