Rusiya Gürcüstandan işğal altındakı Suxumi və Sxinvali ilə bağlı yeni zəmanətlər tələb edir
Bugün
519
Dünya
A
Rusiya Gürcüstandan işğal altındakı Suxumi və Sxinvali ilə bağlı yeni zəmanətlər tələb edir

Rusiya Xarici İşlər Nazirliyinin bəyanatına görə, Gürcüstan işğal altındakı Suxumi və Sxinvali qarşısında güc tətbiq etməmək barədə yenidən zəmanət verməli və qondarma sərhədlərin demarkasiyası həyata keçirilməlidir.

Aktual.ge xəbər verir ki, rəsmi Moskvanın bəyanatında qeyd olunur ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin oktyabrın 9-da videokonfrans formatında Cənubi Qafqazda təhlükəsizlik və sabitlik məsələləri üzrə beynəlxalq müzakirələrin həmsədrləri ilə görüş keçirib. Görüşdə BMT baş katibinin köməkçisi, ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi iştirak ediblər.

“Noyabrda keçirilməsi planlaşdırılan növbəti raunda hazırlıq çərçivəsində bu mühüm danışıqlar formatının gündəliyində olan aktual məsələlər ətraflı müzakirə edilib. Rusiya tərəfi Abxaziya və Cənubi Osetiyanın təhlükəsizliyinin etibarlı şəkildə təmin edilməsi istiqamətində səylərin gücləndirilməsinin vacibliyini bir daha vurğulayıb.

Praktiki baxımdan konkret tədbirlərin hazırlanmasına diqqət yetirilməlidir. Bu, ilk növbədə, rəsmi Tbilisinin Suxumi və Sxinvali qarşısında güc tətbiq etməmək barədə zəmanət verməsini, eləcə də Gürcüstan-Abxaziya və Gürcüstan-Cənubi Osetiya dövlət sərhədlərinin delimitasiyası prosesinə başlanılmasını nəzərdə tutur. Sonrakı mərhələdə isə həmin sərhədlərin demarkasiyası həyata keçirilməlidir”, – deyə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

ŞƏRH YAZ
2