İrakli Kobaxidze Aİ-nin Gürcüstandakı səfirinə xəbərdarlıq edib
Bugün
147
Siyasət
A
İrakli Kobaxidze Aİ-nin Gürcüstandakı səfirinə xəbərdarlıq edib

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa İttifaqının (Aİ) Tbilisidəki səfiri Pavel Herçinskiyə Kaxetidə keçirilən tədbirdəki davranışına görə xəbərdarlıq edib.

Aktual.ge xəbər verir ki, Gürcüstanın hökumət başçısı bu barədə keçirdiyi brifinqdə danışıb.

İrakli obaxidze səfirin qeyd olunan tədbirdəki hərəkətlərini Vyana Konvensiyasının pozulması kimi qiymətləndirib:

"Bir deyimi xatırlatmaq istərdim: davadan sonra əl sıxmaq olmaz. Həmçinin cənab Herçinskiyə xatırlatmaq istərdim ki, seçkilərdə məğlub olduqdan sonra "Ole Ola" mahnısını oxumurlar. Bu, mənim ona mesajımdır".

ŞƏRH YAZ
2