"Mən Mamuka Mdinaradseyə onun gördüyü mühüm işlərə, ölkə qarşısındakı xidmətlərinə və komanda qarşısındakı xidmətlərinə görə təşəkkür etmək istəyirəm".
Aktual.ge xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.
Hökumət başçısının sözlərinə görə, Mdinaradze 10 il ərzində çoxsaylı işlər görüb və bütün bunlar nəticə etibarilə ölkənin inkişafına və komandanın güclənməsinə öz töhfəsini verib.
Baş nazirin sözlərinə görə, dünən və bu gün görüşləri olub, o cümlədən Bidzina İvanişvili ilə məsləhətləşmələr aparılıb və Mdinaradzeni qərarından daşındırmağa çalışıblar, lakin o, mövqeyini qəti şəkildə formalaşdırmışdı.
“Onun qəbul etdiyi qərar bizim üçün təəssüf doğurur. Dünən, eləcə də bu gün görüşümüz oldu, o cümlədən Bidzina İvanişvili ilə məsləhətləşmələr apardıq. Bu, onun qərarı idi. Biz onu əks qərar qəbul etməyə inandırmağa çalışdıq, lakin onun mövqeyi artıq qəti şəkildə formalaşmışdı.
Bir daha Mamuka Mdinaradseyə həm ölkə, həm də komanda üçün gördüyü işlərə görə təşəkkür edirəm. O, çox şey edib”, – deyə hökumət başçısı qeyd edib.