Politoloq Mamuka Mdinaradzenin siyasətdən getməsini belə şərh etdi
Bugün
118
Siyasət
A
Politoloq Mamuka Mdinaradzenin siyasətdən getməsini belə şərh etdi

"Mamuka Mdinaradzenin istefası İrakli Kobaxidzenin sonradan siyasi səhnədən silinməsinin preludiyası, bir növ anonsudur və başqa heç nə deyil. Prinsipcə, onun istefasının hədəfi məhz Kobaxidzedir o, sanki evdə tək qalmış uşaq kimidir, təkbaşına yalnız nəsə xarab edə bilər, amma orada heç kim ona heç nə etməyə imkan verməyəcək. Bidzina onu evdə çox uzun müddət tək qoymayacaq".

Aktual.ge xəbər verir ki, belə qiymətləndirib politoloq Gia Xuxaşvili "Gürcü Arzusu"nun aparıcı simalarından biri, Regional İnkişaf naziri Mamuka Mdinaradzenin istefasını və siyasətdən getməsini.

"Bu, gedən proseslərin məntiqi davamıdır. Prinsipcə, Mdinaradzenin özü o qədər də maraqlı deyil, çünki onun bu son epizodları komik xarakter daşıyırdı və hər şeyin necə bitəcəyi aydın idi. Lakin burada əsas sual Kobaxidzeyə ünvanlanır. Kobaxidze kimin baş naziridir?! Onun tabeliyində olan yeganə şəxs Mdinaradze idi, hökumətdə onun tabeliyində artıq başqa heç kim yoxdur. O, sanki evdə tək qalmış uşaq kimidir, təkbaşına yalnız nəsə xarab edə bilər, amma orada heç kim ona heç nə etməyə imkan verməyəcək. Müvafiq olaraq, Mdinaradzenin istefası Kobaxidzenin sonradan tamamilə batmasının preludiyası, bir növ anonsudur və başqa heç nə deyil. Mdinaradzenin özü heç nəyi təmsil etmirdi və prinsipcə, onun istefasının hədəfi məhz Kobaxidzedir. Bidzina onu evdə çox uzun müddət tək qoymayacaq.

Kobaxidze onsuz da xeyli müddətdir ki, siyasi səhnədən silinmək üçün hazırlanıb. 'Səhnədən silinmək' bu terminini ona görə işlədirəm ki, bu, Bidzinaya xas üslubdur. Evdə tək qalıb, çünki hökumət texnikidir, hökumətdə heç kim ona tabe deyil, xeyli müddətdir ki, artıq heç kim ona boyun əymir. Hökumət texnikidir, siyasi komponent demək olar ki, qalmayıb. Mən proqnoz vermirəm ki, bu, sabah və ya o biri gün baş verəcək, çünki Bidzina İvanişvili təbii olaraq son dövrdə yığılmış bütün günahları onun boynuna yıxmalı və həmin günahlarla birlikdə yola salmalıdır. Axı o, buradan gedərkən hansısa 'bonus' əldə etməlidir və bu qərarı nə vaxt verəcəyi ayrı mövzudur. Lakin o ki Kobaxidze evdə tək qalıb - burada iki fikir ola bilməz, hökumətin tərkibinə nəzər salsanız, bunu dərk etmək çətin deyil.

Mdinaradzenin Dövlət Təhlükəsizlik Xidmətində (DTX) hər hansı təsirə malik olduğuna, DTX-ni real olaraq idarə etdiyinə şübhə ilə yanaşıram bu, belə deyildi. O, DTX-dən elə getdi ki, məncə, bu günə qədər də həmin təşkilatın nə olduğunu bilmir. Müvafiq olaraq, düşünürəm ki, o orada elə qərarlar qəbul edirdi ki, sistemdəki vəziyyəti, yəqin ki, çox gərginləşdirmişdi. Çünki növbəti ulduz (rütbə) üçün illərlə çalışan peşəkar DTX əməkdaşları fonunda onun cəmi iki həftə ərzində general-mayor olması... Orada nə baş verdiyi aydındır. DTX-dan getdikdən sonra o, faktiki olaraq nominal vəzifələrdə idi, havalarda gəzirdi və xeyli müddət onu havada fırlatdılar. Reallıqda Mdinaradzenin bütün bu tarixi, macərası Kobaxidze ilə bağlı idi və Kobaxidzenin sterilizasiya prosesi, Kobaxidzenin təcrid olunması prosesi gedirdi. Və bu gün faktiki olaraq elə bir vəziyyət yaranıb ki, Kobaxidze real olaraq heç nəyə nəzarət etmir, hökumətdə onunla danışa biləcək yeganə insan məhz Mdinaradze qalmışdı. Buna görə də o, indi əlində hələ də kibrit olan, lakin kimsənin o tonqalı yandırmağa icra verəcəyinə şübhə etdiyim evdə tək qalmış uşaqdır. Mdinaradzenin istefası heç nə demək deyil, bu, sadəcə olaraq Kobaxidzenin sıradan çıxarılmasının preludiyasıdır", - deyə Gia Xuxaşvili Mamuka Mdinaradzenin istefasını və siyasətdən ayrılmasını şərh edib.

Məlumat üçün bildirək ki, son olaraq Regional İnkişaf naziri postunu tutan Mamuka Mdinaradze Hökumət Administrasiyasında keçirilən xüsusi brifinqdə vəzifəsindən istefa verdiyini və siyasətdən getdiyini açıqlayıb.

Onun sözlərinə görə, siyasətdə keçirdiyi 10 il əmək, Vətənə sədaqət və dostlarla birlikdə böyük ümummilli işlər görməklə keçən 10 il olub.

O deyib ki, siyasətdən getmək barədə "son bir neçə həftədir ki, düşünür".

Mamuka Mdinaradze bu gün həm də qüvvəsini başqa sahələrdə, o cümlədən biznesdə sınayacağını bildirib. Siyasətə mümkün qayıdışı ilə bağlı suala cavab olaraq isə o qeyd edib ki, bu, yalnız müstəsna zərurət yaranacağı təqdirdə baş verə bilər.

 

ŞƏRH YAZ
0