Kateqoriyalar
Qardabani–Rustavi yolunun Botanika kəndi ərazisində biri azyaşlı olmaqla, iki piyadanın avtomobillə vurulması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Aktual.ge-nin xəbərinə görə, hadisə bu gün günün ikinci yarısında qeydə alınıb.
Yolun hərəkət hissəsini keçmək istəyən ana və onun 6 yaşlı övladını sürətlə hərəkət edən avtomobil vurub.
Qəza nəticəsində ağır xəsarət alan ana və övladı təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıblar.
Məlumata əsasən, hər iki yaralının vəziyyəti ağır olaraq qalır.
Hadisənin digər təfərrüatları bu mərhələdə məlum deyil.