Bugün
238
Siyasət
A
"Payızın sonunda, bəlkə də bir qədər əvvəl, ölkənin yeni baş naziri olacaq"

Mamuka Mdinaradzedən sonra vəzifəsini tərk edəcək şəxs İrakli Kobaxidze olacaq.

Aktual.ge xəbər verir ki, bu fikirlər "Gürcü Arzusu"nun keçmiş üzvü Ani Mirotadze deyib.

Onun sözlərinə görə, İrakli Kobaxidzenin yeni Baş nazirlə əvəzlənməsi payızın sonlarında və ya bir qədər əvvəl baş verəcək.

“Mdinaradzenin gedişi ilə təbii ki, bu proses başa çatmayacaq. Təbii ki, məktublar da olacaq, Qaribaşvilinin məktubları və təkcə Qaribaşvilinin deyil. Digər məlumatlar da ortaya çıxacaq və nəticədə, yəqin ki, növbə İrakli Kobaxidzeyə çatacaq. Payızın sonunda, bəlkə də bir qədər əvvəl, ölkənin yeni baş naziri olacaq. Amma bütün bunlar Kobaxidzenin bunu nə dərəcədə qəbul edəcəyindən asılı olacaq. Kobaxidze belə sakit şəkildə getməyə və tabe olmağa qərar verməyə bilər. Çünki o, Bidzina İvanişvilinin bir çox istəyini, bir çox tapşırığını yerinə yetirib. Kobaxidze tək deyil və açıq-aşkar nə Mdinaradze, nə də Qorduladzelərə və orada olan simasız insanlara güvənirdi. Məncə, onun Rusiyadakı dostlarına daha böyük ümidi olmalıdır”, - deyə Ani Mirotadze qeyd edib.

Məlumat üçün bildirək ki, 27 avqust tarixində Hökumət Administrasiyasında keçirilən brifinqdə “Gürcü Arzusu”nun liderlərindən biri, Regional İnkişaf naziri Mamuka Mdinaradze vəizfəsindən istefa verdiyini və siyasətdən getdiyini açıqlayıb.

ŞƏRH YAZ
0