20 mindən çox tələbə dövlət hesabına təhsil alacaq
27.08.2026 23:07
105
Mədəniyyət
A
20 mindən çox tələbə dövlət hesabına təhsil alacaq

Gürcüstanda 2026-cı il üzrə vahid milli imtahanların nəticələri açıqlanıb. İmtahanlarda iştirak edən 39 min 689 abituriyentin 34 min 150-si ali və ya peşə təhsili proqramlarına qəbul olunub.

Aktual.ge xəbər verir ki, bu barədə Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəzi (NAEC) məlumat yayıb.

Qəbul olunanların 20 min 679-u, yəni 60,55 faizi dövlət tərəfindən tam maliyyələşdiriləcək.

Belə ki, 17 min 862 nəfər dövlət hesabına bakalavr proqramlarında, 1 322 nəfər peşə təhsili proqramlarında, 1 495 nəfər isə gürcü dili hazırlıq proqramında təhsil alacaq.

Mərkəzin məlumatına görə, 1 795 abituriyent minimal səriştə həddini keçsə də, seçdikləri proqramlarda yüksək rəqabət səbəbindən heç bir təhsil proqramına qəbul ola bilməyib. Daha 3 min 744 abituriyent isə bir və ya bir neçə fənn üzrə minimal səriştə həddini keçməyib.

NAEC bildirib ki, qəbul prosesində abituriyentin topladığı bal və seçdiyi proqramlardakı rəqabət nəzərə alınmaqla reytinq siyahısında dəyişiklik etmək vacibdir.

Abituriyentlər apellyasiya nəticələri dərc edildikdən sonrakı gün saat 18:00-dək şəxsi səhifələri vasitəsilə prioritetlərini dəyişə, həmçinin yeni bakalavr və peşə təhsili proqramları əlavə edə bilərlər.

Qeyd edək ki, Gürcüstanda ali təhsil islahatından əvvəl dövlət təhsil qrantları abituriyentlərin vahid milli imtahanlarda göstərdiyi nəticələr əsasında 50, 70 və 100 faiz həcmində verilirdi.

2013-2025-ci illərdə 100 faizlik dövlət təhsil qrantı qazanan abituriyentlərin sayı qəbul olunanların ümumi sayının 2,90-3,84 faizini təşkil edib.

ŞƏRH YAZ
0