Tbilisi Dənizində itkin düşən 15 yaşlı Ümidin cəsədi tapılıb
Bugün
175
Siyasət
A
Tbilisi Dənizində itkin düşən 15 yaşlı Ümidin cəsədi tapılıb

6 günlük axtarışdan sonra Tbilisi dənizində itkin düşən 15 yaşlı Ümid Sofiyevin cəsədi tapılıb.

Aktual.ge xəbər verir ki, bu barədə məlumatı Fövqəladə Halların İdarə Edilməsi Xidməti yerli mətbuata təsdiqləyib.

Məlumata görə, itkin düşən yeniyetməni dalğıclar 30 metr dərinlikdə tapıblar.

“Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin dalğıcları bir neçə gün əvvəl Tbilisi dənizində itkin düşən 15 yaşlı yeniyetmənin cəsədini dənizdə, 30 metr dərinlikdə tapıblar.

Axtarış işləri bütün müvafiq su-xilasetmə xüsusi texnikası və avadanlıqlarından istifadə edilməklə fasiləsiz rejimdə aparılıb”, - deyə Fövqəladə Halların İdarə Edilməsi Xidmətindən bildirilib.

ŞƏRH YAZ
0