Abxaz bloqqer Tbilisidə mənzildə ölü tapılıb
Bugün
254
Hadisə
A
Abxaz bloqqer Tbilisidə mənzildə ölü tapılıb

Abxaziyalı bloqer Daur Buava Tbilisidəki yaşayış mənzilində ölü tapılıb.

Aktual.ge xəbər verir ki, ölüm səbəbi hələlik məlum deyil, lakin mövcud məlumata görə, Daur Buava bir neçə gündür ki, vəfat edib.

"TV Pirveli“nin qonşuya istinadən yaydığı məlumata görə, kamera görüntülərinə əsasən, sosial media fenomeni avqustun 23-dən sonra evdən bayıra çıxmayıb.

Qonşunun sözlərinə görə, binada "dəhşətli qoxu gəlirdi" və buna görə də xilasetmə briqadası çağırılıb.

"Dünən səhər qonşu qız yazdı ki, binada dəhşətli qoxu var. Hər yer qoxuyurdu, xarab olmuş ət iyi gəlirdi. Elə bildik ki, soyuducuda nasazlıq yaranıb və içindəkilər xarab olub...

Xilasetmə qrupu çağırdıq, gəldilər və mənzildə onu ölü tapdılar. Yerdə uzanıbmış. Çox şişmişdi. Deyəsən, kömək istəmək istəyib, amma istəyə bilməyib. Keçən il bu mənzilə köçüblər, həyat yoldaşı ilə birlikdə idi, sonradan ayrıldılar. Axırıncı dəfə şənbə günü qonşuluq çatına yazmışdı“, - deyə qonşu söyləyib.

Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırmağı nəzərdə tutan 115-ci maddəsi ilə istintaq aparılır.

ŞƏRH YAZ
3