Rusiyaya Gürcüstan ərazisindən keçməklə Kanadada oğurlanmış avtomobillər daxil olur |
Bugün
38
Dünya
A
Rusiyaya Gürcüstan ərazisindən keçməklə Kanadada oğurlanmış avtomobillər daxil olur | "New York Times"

Rusiyaya Gürcüstan ərazisindən keçməklə Kanadada oğurlanmış avtomobillər daxil olur. 

Aktual.ge xəbər verir ki, bu barədə ABŞ mərkəzli "The New York Times" beynəlxalq polis təşkilatı olan "İnterpol"un məlumatlarına istinadən məqalə dərc edib.

Xüsusilə, Kanada polisinin məlumatlarına görə, qaçaqmalçılar oğurlanmış Kanada avtomobillərini Rusiyaya çox vaxt Birləşmiş Ərəb Əmirlikləri üzərindən aparırlar. Rəsmi şəxslər həmçinin Gürcüstan, Qazaxıstan, Qırğızıstan və Litva ərazisindən keçən marşrutları müəyyən ediblər.

"İnterpolun məlumatlarına görə, son iki il ərzində Rusiyaya təxminən 5 min oğurlanmış Kanada avtomobili qaçaqmalçılıq yolu ilə gətirilib. Belə ki, İnterpol 2024-cü ilin fevralından 2026-cı ilin iyulunadək Rusiyada oğurlanmış Kanada avtomobillərinin aşkar edilməsi ilə bağlı 4 min 798 bildiriş alıb.

Kanada Sərhəd Xidmətləri Agentliyinin məlumatına görə, hər həftə Monreal limanında onlarla konteyner yoxlanılır və ümumi dəyəri 2 milyon dollara çatan 20-30 oğurlanmış avtomobil aşkar edilir. Oxşar yoxlamalar digər limanlarda da aparılır. Ötən il kanadalılara xaricdən, o cümlədən Rusiyadan təxminən 200 oğurlanmış avtomobil geri qaytarılıb. Məsələn, ötən ay Rusiyadan Kanadaya altı oğurlanmış avtomobil gətirilib",  - qeyd olunub.

"The New York Times" yazır ki, avtomobillər Kanadadan yükdaşıma konteynerləri ilə çıxarılır və Rusiyaya Yaxın Şərq, Gürcüstan, Qazaxıstan, Qırğızıstan və Litva üzərindən idxal olunur.

"Kanadada ən çox oğurlanan avtomobillər arasında pikaplar - Ford F-150, Dodge Ram və Toyota Tundra yer alır. Bu avtomobillər ölkədən ən çox 'sifarişlə' və qaçaqmalçılıq yolu ilə çıxarılır. Belə ki, Rusiya kriminal qruplaşmaları beynəlxalq bazara çıxaraq Kanada təşkilatları ilə əlaqə yaradırlar. Rusiya bu pikaplardan Ukrayna cəbhəsində dronların buraxılması üçün istifadə edir. Bu avtomobillər peyk görüntülərində İranda da qeydə alınıb.

Oğurlanmış avtomobil dərhal İnterpolun məlumat bazasına daxil edilmir; bunun üçün aylar tələb olunur. Bu müddət ərzində avtomobil okeanları və bütün gömrük sərhədlərini asanlıqla keçərək Rusiya Federasiyasına daxil olur. Avtomobil məlumat bazasına əlavə edilən zaman isə artıq bir neçə dəfə alınıb-satılmış olur", - məqalədə deyilir.

Nəşr yazır ki, Qərbin ixrac qadağası Rusiyanı avtomobil bazarının böyük hissəsindən uzaqlaşdırsa da, markalı yolsuzluq avtomobillərinə və pikaplara olan tələbatı azaltmayıb. Bu isə avtomobilləri oğurlayan, onları yük konteynerlərində gizlədən və ən çox Yaxın Şərq üzərindən Rusiyaya göndərən mürəkkəb cinayət şəbəkəsinin yaranmasına səbəb olub.

ŞƏRH YAZ
0