Lentexidə təbii fəlakət: Körpü dağıldı, nəqliyyatın hərəkəti dayandırıldı
Bugün
96
Hadisə
A
Lentexidə təbii fəlakət: Körpü dağıldı, nəqliyyatın hərəkəti dayandırıldı

Güclü yağışlar səbəbindən Lentexi bələdiyyəsində sürüşməsi prosesi baş verib.

Aktual.ge xəbər verir ki, dağdan qopan torpaq kütləsi Sakdari kəndi yaxınlığındakı avtomobil körpüsünü tamamilə dağıdaraq özü ilə aparıb.

Hazırda Lentexi–Mestia istiqamətində bütün nəqliyyat vasitələrinin hərəkəti qadağandır. Yüksək keçid qabiliyyətinə malik avtomobillərin hərəkəti alternativ yolla mümkündür.

Ərazidə müvafiq işlər aparılır. Müvəqqəti körpünün quraşdırılması planlaşdırılır.

Bununla bağlı İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti də açıqlama yayıb.

Qurumun məlumatına görə, Lentexi–Lasdili yolunun Sakdari kəndi yaxınlığında nəqliyyatın hərəkətini bərpa etmək məqsədilə Sarminin müvəqqəti körpüsü quraşdırılacaq.

Məlumatda deyilir:

“Hazırda alternativ yol salınıb və bu yoldan yüksək keçid qabiliyyətinə malik avtomobillərin hərəkəti mümkündür.

Sakdari kəndi yaxınlığında yerləşən avtomobil körpüsünü güclü yağıntılar nəticəsində suyu artmış çay aparıb. Nəticədə Sakdari–Lasdili və Uşquli–Lasdili yol hissələrində bütün növ avtomobillərin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb.

Sakdari körpüsünün yaxınlığında qabaqlayıcı tədbirlər çərçivəsində körpünün altındakı çay yatağının formalaşdırılması və dərinləşdirilməsi işləri aparılırdı. Lakin güclü yağıntılar nəticəsində çayda suyun həcmi əhəmiyyətli dərəcədə artıb və bu, körpünün su tərəfindən dağıdılaraq aparılmasına səbəb olub.

Yeni körpünün layihəsi artıq hazırlanıb və onun tikintisi üçün zəruri tender prosedurlarına ən qısa müddətdə başlanılacaq. Sarminin müvəqqəti körpüsü yeni körpünün tikintisi başa çatana qədər avtomobillərin hərəkətini təmin edəcək”.

ŞƏRH YAZ
1