Mustafa Çifçi Tbilisiyə gəlib
Bugün
159
Siyasət
A
Mustafa Çifçi Tbilisiyə gəlib

Gürcüstan Daxili İşlər naziri Sulxan Tamazaşvilinin dəvəti ilə Türkiyə Respublikasının Daxili İşlər naziri Mustafa Çiftçi nümayəndə heyəti ilə birlikdə Gürcüstana rəsmi səfərə gəlib.

Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat verib.

Sulxan Tamazaşvili türk həmkarını Tbilisi Beynəlxalq Hava Limanında qarşılayıb.

Səfər çərçivəsində iki ölkənin daxili işlər nazirləri geniş tərkibdə görüş keçirəcəklər. Həmçinin Gürcüstan və Türkiyə Respublikası daxili işlər nazirliklərinin Polis akademiyaları arasında qarşılıqlı anlaşma memorandumunun imzalanması planlaşdırılır.

Görüşün yekununda nazirlər birgə bəyanatla çıxış edəcəklər.

ŞƏRH YAZ
1