Kateqoriyalar
Marneuli bələdiyyəsinin Daştəpə kəndində azyaşlı bıçaqlanıb.
Aktual.ge xəbər verir ki, hadisə qarşılıqlı mübahisə zəminində baş verib. Bir azyaşlı digər azyaşlını bıçaqlayıb.
Yaralı Marneulidə yerləşən “Aversi” klinikasına aparılıb. Onun sağlamlıq vəziyyətinin hazırda stabil olduğu bildirilir.
Faktla bağlı istintaq aparılır. Hadisənin digər təfərrüatları isə bu mərhələdə məlum deyil.
İstintaq Cinayət Məcəlləsinin 118-ci maddəsi ilə başlayıb. Həmin maddə qəsdən sağlamlığa az ağır zərər vurulmasını nəzərdə tutur.