Hökumətdən qəbul ola bilməyən abituriyentlərə gözlənilməz jest: İkinci şans verildi
31.08.2026 12:05
600
Maraqlı
A
Hökumətdən qəbul ola bilməyən abituriyentlərə gözlənilməz jest: İkinci şans verildi

Kompetensiyanın minimum həddini keçən, lakin universitetə qəbul ola bilməyən abituriyentlərin sayı hər il olur. Universitetlər arasında proqramların bölgüsü bu il yeni qaydada həyata keçirildiyindən, abituriyentlər hansı proqramı seçməli olduqları ilə bağlı çaşqınlıq yaşamış ola bilərlər. Buna görə də onlara ikinci qəbul prosesi zamanı seçimləri barədə yenidən düşünmək imkanı verilib. Bu, istisna xarakterli, birdəfəlik qərardır.

Aktual.ge xəbər verir ki, bu barədə Parlamentin sədri Şalva Papuaşvili jurnalistlərə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Baş nazir və Təhsil naziri tərəfindən qəbul edilən qərar ali təhsil islahatının, ilk növbədə, tələbəyönümlü şəkildə həyata keçirilməsi baxımından əhəmiyyətlidir.

“Çünki müxalifət heç bir məsələdə qalib gələ bilmədiyindən, yeganə olaraq başqalarının qərarlarından istifadə edir və bunu öz qələbəsi kimi təqdim edir.

Biz həm ali, həm də ümumi təhsil sahəsində mühüm təhsil islahatları həyata keçiririk. Bu genişmiqyaslı və Gürcüstan tarixində misli görünməmiş islahat gündəlik müşahidə və müvafiq qərarların qəbul edilməsini tələb edir. Məhz buna görə Gürcüstanın Baş naziri və Təhsil naziri qəbul nəticələrindən irəli gələrək, istisna olaraq ikinci qəbul prosesinə icazə verdilər.

Cəmiyyət bilməlidir ki, kompetensiyanın minimum həddini keçən, lakin qəbul ola bilməyən abituriyentlərin sayı hər il bir neçə yüz nəfər olur. Hər il imtahandan keçməsinə baxmayaraq, seçdikləri universitetlərə qəbul ola bilməyən müxtəlif sayda abituriyent olur. Çünki digər abituriyentlərin nəticələri daha yüksək olur və ilk növbədə onlar qəbul edilirlər. Bu, həmişə belə olub və gələcəkdə də olacaq: insanın seçimi onun imtahanlardakı göstəricilərinə və nəticələrinə uyğun gəlməyə bilər. Bu da imtahanların və ali məktəbdə təhsil prosesinin bir hissəsidir.

Bu halda isə universitetlər arasında proqramların bölgüsü yeni şəkildə həyata keçirildiyindən, abituriyentlərin hansı proqramı seçməli olduqları ilə bağlı çaşqınlıq yaşamaları mümkündür. Buna görə də onlara ikinci qəbul prosesi zamanı seçimləri və boş yerlərin ola biləcəyi universiteti müəyyənləşdirmək barədə yenidən düşünmək imkanı verilir.

Bu, istisna xarakterli, birdəfəlik qərardır. Bu qərar ali təhsil islahatının ilk növbədə tələbəyönümlü şəkildə həyata keçirilməsi baxımından əhəmiyyətlidir. Əgər müəyyən hallar abituriyentlərdə çaşqınlıq yarada bilərsə, onlara seçimlərini bir daha nəzərdən keçirmək və universitetlə bağlı qərarlarını düzəltmək imkanı vermək lazımdır”, - deyə Şalva Papuaşvili bildirib.

Məlumat üçün bildirək ki, Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyi Vahid Milli İmtahanlarda minimum kompetensiya həddini keçmiş abituriyentlərə “ikinci qəbul” adlanan prosesdə iştirak etmək imkanı verir. Nazir Qivi Mikanadze brifinqdə bildirib ki, bu il Baş nazir İrakli Kobaxidzenin qərarı ilə nazirlik istisna tətbiq edəcək.

ŞƏRH YAZ
2