Ombudsman İrakli Qaribaşvili ilə görüşəcək
Bugün
222
Siyasət
A
Ombudsman İrakli Qaribaşvili ilə görüşəcək

Gürcüstanın Xalq Müdafiəçisi (Ombudsman) Levan İoseliani keçmiş Baş nazir İrakli Qaribaşvili ilə görüşəcək.

Aktual.ge xəbər verir ki, Xalq Müdafiəçisi bu gün cəzaçəkmə müəssisəsinə baş çəkməyi planlaşdırır.

Levan İoseliani İrakli Qaribaşvili ilə görüşdən sonra media nümayəndələrinə açıqlama verəcək.

Xatırladaq ki, həbsdə olan İrakli Qaribaşvilinin vəkili Lili Qelaşvili bir neçə gün əvvəl Xalq Müdafiəçisini müvəkkilinin yanına getməyə çağırıb. Vəkilin sözlərinə görə, İrakli Qaribaşvilinin hüquqları pozulur və bu məsələ Xalq Müdafiəçisi tərəfindən yoxlanılmalıdır.

ŞƏRH YAZ
0