Etibar Eminov Qahirədə keçirilən beynəlxalq tədbirdə Gürcüstanı təmsil edib
02.09.2026 23:20
132
Din
A
Etibar Eminov Qahirədə keçirilən beynəlxalq tədbirdə Gürcüstanı təmsil edib

Misir Ərəb Respublikasının paytaxtı Qahirədə ailə və milli-mənəvi dəyərlərlə bağlı beynəlxalq tədbir keçirilib.

Aktual.ge xəbər verir ki, tədbirdə Gürcüstanı Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) Şərqi-Gürcüstan müftisi Etibar Eminov təmsil edib.

Müfti sosial şəbəkədə yazıb ki, tədbirdə müasir dövrdə ailələrin qarşılaşdığı problemlər, ailə institutunun qorunması və gələcəyinin təmin edilməsi, eləcə də milli-mənəvi kimliyin mühafizəsi kimi mühüm məsələlər müzakirə olunub.

"Beynəlxalq toplantıda iştirak edənlər belə görüşlərin alimlər və dini xadimlər arasında əməkdaşlığın gücləndirilməsinə, təcrübə mübadiləsinə və ümumi problemlərin həlli istiqamətində birgə addımların atılmasına mühüm töhfə verdiyini bildiriblər" , - deyə Etibar Eminov qeyd edib.

ŞƏRH YAZ
0