Sentyabr sürprizi: Yanacaq qiymətləri yenidən bahalaşdı
Bugün
294
İqtisadiyyat
A
Sentyabr sürprizi: Yanacaq qiymətləri yenidən bahalaşdı

Gürcüstanda son bir həftədə yanacaq 2-dən 14 tetriyə qədər bahalaşıb.

Aktual.ge xəbər verir ki, Gürcüstanda yanacaq dünyada neftin qiymətlərinin artması fonunda bahalaşır.

Belə ki, "Gulf" şəbəkəsində yanacaq sentyabrın 3-də bahalaşıb və dizelin qiyməti 6 tetri artıb. "Connect" şəbəkəsində yanacağın dəyəri sonuncu dəfə avqustun 29-da dəyişib və dizel 10 tetri bahalaşıb.

Brend yanacaqdoldurma məntəqələrindəki son qiymətlər aşağıdaki kimidir:

"Gulf" şəbəkəsində yanacaq sentyabrın 3-də yenidən bahalaşıb. Bütün növ benzin və dizelin qiyməti 6 tetri artıb.

  • G-Force Super – ₾4.35; artım – 6 tetri;

  • G-Force Premium – ₾3.93; artım – 6 tetri;

  • G-Force Euro Regular – ₾3.75; artım – 6 tetri;

  • Euro Regular – ₾3.75; artım – 6 tetri;

  • G-Force Euro Diesel – ₾4.53, artım – 6 tetri;

  • Euro Diesel – ₾4.43, artım – 6 tetri;

"Wissol" yanacaqdoldurma məntəqələri şəbəkəsində yanacağın qiyməti sentyabrın ilk günlərində artıq ikinci dəfə korrektə edilib.

  • A1 Super 100 – ₾4.39, artım – 4 tetri;

  • Eco Super – ₾4.29; artım – 3 tetri;

  • Eco Premium – ₾3.88; artım – 3 tetri;

  • Eco Diesel – ₾4.52, artım – 5 tetri;

  • Euro Diesel – ₾4.49, artım – 5 tetri;

  • Euro Regular – ₾3.71; artım – 3 tetri;

  • Diesel Energy – ₾4.45, artım – 8 tetri;

"Connect" şəbəkəsində yanacağın dəyəri sonuncu dəfə avqustun 29-da dəyişib və dizel 10 tetri bahalaşıb.

  • Super – ₾3.90;

  • Premium – ₾3.75;

  • Regular – ₾3.60;

  • Euro Diesel – ₾3.35, artım – 10 tetri;

  • Dizel – ₾4.29, artım – 10 tetri;

"Socar" yanacaqdoldurma məntəqələrində yanacağın qiyməti avqustun 27-də korrektə edilib.

  • Nano Super – ₾4.26, artım – 2 tetri;

  • Nano Premium – ₾3.84, artım – 4 tetri;

  • Nano Euro Regular – ₾3.67, artım – 4 tetri;

  • Euro 5 Diesel – ₾4.34; artım – 14 tetri;

  • Nano Euro 5 Diesel – ₾4.44; artım – 14 tetri;

"Rompetrol"da qiymətlər belədir:

  • Efix Super – ₾4.30;

  • Efix Euro Premium – ₾3.88;

  • Euro Regular – ₾3.68;

  • Efix Euro Diesel – ₾4.51;

  • Euro Diesel – ₾4.44;

"Lukoil"da qiymətlər aşağıdaki kimidir:

  • Super ecto – ₾4.27;

  • Premium Avangard – ₾3.86;

  • Euro Regular – ₾3.70;

  • Euro Diesel – ₾4.45;

ŞƏRH YAZ
2