Gürcüstanda restoranlarda xəngəl və nahar bahalaşıb
04.09.2026 21:56
331
İqtisadiyyat
A
Gürcüstanda restoranlarda xəngəl və nahar bahalaşıb

Restoranlarda xəngəl 10%-ə qədər bahalaşıb.

Aktual.ge xəbər verir ki, bununla bağlı BMG Gürcüstan Milli Statistika Xidmətinin ("Saksat") göstəricilərinə istinadən məlumat yayıb.

Məlumata əsasən, qiymət artımı tendensiyası avqust ayında da davam edib və restoranlarda naharın orta qiyməti illik müqayisədə 12% artıb. 2026-cı ilin avqustunda Gürcüstanda aylıq inflyasiya 0.4%, illik inflyasiya səviyyəsi isə 5.6% təşkil edib.

Nəşrin məlumatına görə, ötən ilin avqust ayı ilə müqayisədə kafe və restoranlarda xaçapuri 8%, bişinti evlərində isə 10% bahalaşıb. Eyni dövr ərzində barlarda pivənin qiyməti 9%, kafedə qəhvənin qiyməti isə 1% artım göstərib.

ŞƏRH YAZ
3