Marneuli bazarında insidenti törədən şəxsin hadisə yerindən anbaan qaçış görüntüləri...
Aktual.ge-nin verdiyi xəbərə görə, 4 yanvar günorta saatlarında Marneuli mərkəzi bazarının qızıl məmulatları satılan hissəsində baş verən qanlı cinayəti törədən şəxsin ətrafdakı təhlükəsizlik kameralarından əldə edilən görüntülərinə əsasən onun gənc oğlan olduğu müəyyən edilib.
Görüntülərdə şübhəli şəxsin əlində odlu silah hadisənin baş verdiyi yerdən qaçdığı əks olunub.
Nə baş verib?
4 yanvar günorta saatlarında Marneuli mərkəzi bazarının qızıl məmulatları satılan hissəsində silahlı insident qeydə alınıb. Qızıl mağazasının sahibi olan Bayramovlar – ata Rafil Bayramov və oğlu Sahib Bayramov naməlum şəxs tərəfindən güllələnib.
Yaralılar Marneulidə yerləşən klinikalara yerləşdirilib. Rafil Bayramov müalicə aldıqdan sonra “GeoHospital” klinikasından evə buraxılıb. 26 yaşlı Sahib Bayramov isə “Aversi” klinikasında həkimlərin bütün səylərinə baxmayaraq həyatını itirib.
Aktual.ge əldə etdiyi həmin eksklüziv görüntüləri təqdim edir: