2026-cı ilin avqust ayında Gürcüstanda inflyasiya səviyyəsi əvvəlki ayla müqayisədə 0,4%, illik inflyasiya səviyyəsi isə 5,6% təşkil edib.
Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidmətinin ("Saksat") hesabatında qeyd olunub.
Baza inflyasiyasına gəlincə, “Sakstat”ın məlumatına görə, 2026-cı ilin avqust ayında bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,8% təşkil edib. Tütün məhsulları nəzərə alınmadan illik baza inflyasiyası isə 3,6% olub.
“Sakstat”ın məlumatına əsasən, ötən ay illik ifadədə ən çox bahalaşan məhsulların siyahısına pomidor başçılıq edib. Pomidorun qiyməti 57,5% artıb.
Avqust ayında ötən ilin eyni dövrü ilə müqayisədə ən çox bahalaşan 10 məhsul aşağıdaki kimidir:
- Pomidor — 57,5%
- Qəzet — 45,4%
- Soğan — 43%
- Dizel yanacağı — 40%
- Nikah üçün 958 əyarlı qızıl üzük — 36,5%
- Kələm — 31%
- Jurnal — 30%
- Təyyarə ilə sərnişindaşıma — 30%
- Elektrik enerjisi haqqı — 25%
- Hisə verilmiş balıq — 23%