Gürcüstanın sabiq Baş naziri İrakli Qaribaşvili “Gürcü Arzusu”nun liderlərinə cavab verməyə hazırlaşır.
Aktual.ge xəbər verir ki, bu barədə məlumatı bir qədər əvvəl həbsxanada saxlanılan keçmiş Baş naziri ziyarət edən vəkili Natia Tamazaşvili cəzaçəkmə müəssisəsindən çıxarkən verib.
İrakli Qaribaşvilinin hüquqlarının müdafiəçisi müvəkkilinin verəcəyi açıqlamalarla bağlı şərh vermək istəmədiyini bildirib.
"Hər şeyə öz cavabı var və əminəm ki, buna layiqli şəkildə cavab verəcək. Ümumiyyətlə deyirəm, sizə məktubun nə vaxt və necə olacağını deyə bilmərəm, amma düşünürəm ki, cavab verəcək”, - deyə Natia Tamazaşvili qeyd edib.
Jurnalistin cəmiyyətin yeni ifşa seriyası gözləyib-gözləməməli olduğu sualına vəkil belə cavab verib:
"Detallara girməyəcəm. Bütün bunları izləmək ümumiyyətlə çətindir və hazırda içində olduğumuz proses ağlasığmazdır. Amma təəssüf ki, bu, reallığı dəyişmir”.
Natia Tamazaşvilinin sözlərinə görə, İrakli Qaribaşvilinin işi hüquqla əlaqəli deyil və “Tamamilə siyasiləşdirilib”.