İran Ermənistana “Tramp yolu”nun tikintisi ilə bağlı yeni sərt şərtlər irəli sürüb
Bugün
37
Siyasət
A
İran Ermənistana “Tramp yolu”nun tikintisi ilə bağlı yeni sərt şərtlər irəli sürüb

Tehran “Tramp yolu”nun (Trump Road) tikintisi ilə bağlı Ermənistanın Baş naziri Nikol Paşinyana gözlənilmədən yeni sərt şərtlər irəli sürüb, lakin ictimai açıqlamalarında müsbət münasibət nümayiş etdirməyə davam edir.

Aktual.ge  xəbər verir ki, erməni mediasının yaydığı məlumata görə, İran hakimiyyəti Ermənistanda TRIPP layihəsinin təhlükəsizliyinin Ermənistan Silahlı Qüvvələri və ya artıq Ermənistan ərazisində olan üçüncü bir ölkənin silahlı qüvvələri tərəfindən təmin edilməsini tələb edib.

Məlumata əsasən, Tehran bu yolla öz sərhədləri yaxınlığında ABŞ hərbçilərinin yerləşdirilməsinin qarşısını almağa çalışır.

İran hakimiyyəti ABŞ qüvvələrinin bölgədə yerləşdiriləcəyi təqdirdə, Tehranla Vaşinqton arasında davam edən gərginlik fonunda həmin qüvvələrin potensial hərbi hədəf kimi qəbul edilə biləcəyindən narahatdır.

ŞƏRH YAZ
0