Məktəb ətrafında sürət həddi ilə bağlı yeni qayda tətbiq ediləcək
Bugün
76
Maraqlı
A
Məktəb ətrafında sürət həddi ilə bağlı yeni qayda tətbiq ediləcək

Məktəblərin ətrafındakı ərazilərdə yol hərəkəti qaydaları sərtləşdiriləcək – xüsusi nişanlanmış ərazilərdə saatda 30 km-dən artıq sürətlə hərəkət etmək qadağan ediləcək.

Aktual.ge xəbər verir ki, bu barədə 2026–2030-cu illər üzrə Milli Yol Təhlükəsizliyi Strategiyasının Fəaliyyət Planında qeyd olunub.

“Yetkinlik yaşına çatmayanların təhlükəsizliyi ilə bağlı mövcud çağırışlara cavab olaraq, Gürcüstanda məktəblərin ətrafındakı zonaların müvafiq qaydada tənzimlənməsi istiqamətində işə başlanılacaq. Konkret olaraq, Gürcüstan qanunvericiliyində məktəb zonası anlayışının müəyyənləşdirilməsi, həmin zonalarda nəqliyyat vasitələrinin hərəkət sürətinin maksimal həddinin saatda 30 km müəyyən edilməsi və sürət həddinin aşılması ilə bağlı hazırda tətbiq olunan 15 km/saatlıq tolerantlığın məktəb zonalarına şamil edilməsinin yenidən nəzərdən keçirilməsi nəzərdə tutulur.

Qeyd olunan qanunvericilik müdaxilələri məktəb zonalarında orta hərəkət sürətinin azaldılmasına və yetkinlik yaşına çatmayanların təhlükəsizlik səviyyəsinin əhəmiyyətli dərəcədə artırılmasına xidmət edəcək. Həmçinin, məktəb zonası anlayışı müəyyənləşdirilənədək, Gürcüstanda fəaliyyət göstərən bütün dövlət məktəblərinin ətrafındakı mövcud infrastrukturun Yol Təhlükəsizliyi üzrə İdarələrarası Komissiya tərəfindən hazırlanmış tövsiyələrə uyğunluğu qiymətləndiriləcək.

Yol infrastrukturu istiqamətində məktəb zonalarında və onların ətrafındakı ərazilərdə piyadaların təhlükəsizliyinin gücləndirilməsinə yönəlmiş kompleks infrastruktur tədbirlərinin həyata keçirilməsi üzrə işlər davam etdiriləcək”, – deyə 2026–2030-cu illər üzrə Milli Yol Təhlükəsizliyi Strategiyasında qeyd olunub.

ŞƏRH YAZ
0