SON DƏQİQƏ! Gürcüstandan havaya qalxan təyyarə Türkiyə sahillərində suya düşüb
09.09.2026 16:17
981
Siyasət
A
SON DƏQİQƏ! Gürcüstandan havaya qalxan təyyarə Türkiyə sahillərində suya düşüb

Gürcüstandan havaya qalxan və göyərtəsində 2 nəfərin olduğu kiçik təyyarə Türkiyənin Rizə vilayəti sahillərində suya düşüb.

Aktual.ge Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən həyata keçirilən axtarış-xilasetmə əməliyyatı nəticəsində 2 nəfər qurtarılıb.

Məlumata görə, hadisə Rizə vilayətinin Çayəli rayonu sahillərində baş verib.

Qəza enişinin səbəbi hələlik müəyyənləşdirilməyib. Lakin təyyarənin Batumidən uçduğu bildirilir.

(YENİLƏNİB)

ŞƏRH YAZ
4