Marneulidən olan rəssam Xəyalə Mustafayevanın Azərbaycanda sərgisi baş tutub - FOTO
08.12.2024 13:07
984
Mədəniyyət
A
Marneulidən olan rəssam Xəyalə Mustafayevanın Azərbaycanda sərgisi baş tutub - FOTO

Marneulidən olan gənc rəssam Xəyalə Mustafayevanın Azərbaycanın Qazax rayonunda yerləşən ADA Universitetinin Qazax Mərkəzində "Tarix yazan imza" adlı rəsm sərgisi gerçəkləştirilib.

Aktual.ge məlumat verir ki, ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan sərgi Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə təşkil olunub və məktəblilərdən tutmuş dövlət rəsmilərinə qədər geniş auditoriyanı bir araya gətirib.

Sərgi çərçivəsində Qazax və Gəncə məktəb şagirdləri üçün rəsm üzrə master-klass keçirilib. Bu təlimlər gənc istedadların yaradıcılıq bacarıqlarını inkişaf etdirməklə yanaşı, onlara incəsənətə olan maraqlarını artırmaq üçün motivasiya yaradıb. Şagirdlərin master-klassda çəkdikləri rəsmlər sərgi zamanı nümayiş etdirilib və bu, onların öz sənətlərini tanıtmaq üçün unikal bir platforma rolunu oynayıb.

Tədbirdə ADA Universitetinin rektoru Hafiz Paşayev, tarix elmləri doktoru və birinci dərəcəli dövlət müşaviri Dilarə Seyidzadə, Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndəsi Ramiz Hacızadə və Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov iştirak ediblər. Onlar Heydər Əliyevin zəngin irsini və onun mədəniyyətə verdiyi dəyəri vurğulayan çıxışlar ediblər.

ŞƏRH YAZ
4