Nazir kameralar qarşısında açıqladı: Gürcüstan müasir anti-dron sistemi alıb
Bugün
111
Siyasət
A
Nazir kameralar qarşısında açıqladı: Gürcüstan müasir anti-dron sistemi alıb

Gürcüstan müasir anti-dron sistemi alıb.

AKtual.ge xəbər verir ki, bu barədə Hüquq-mühafizə Orqanlarının Koordinasiyası Məsələləri üzrə dövlət naziri Mamuka Mdinaradze keçirdiyi brifinqdə məlumat verib.

O, Dövlət Mühafizə Xüsusi Xidmətini təsis edilməsinin 32 illiyi münasibətilə təbrik edib və qeyd edib ki, bu qurum 18 ali vəzifəli şəxsin, xüsusi əhəmiyyətli 104 obyektin, ölkədəki diplomatik nümayəndəliklərin, həmçinin səfərdə olan yüksək rütbəli nümayəndə heyətlərinin, keçirilən forumların və digər irimiqyaslı tədbirlərin təhlükəsizliyini təmin edir.

"Son dövrlərdə həyata keçirilən digər aktiv tədbirlərlə yanaşı, xidmət beynəlxalq standartlara uyğun, yüksək keyfiyyətli rabitə əlaqəsini və onun periferik sistemini yüksək kriptoqrafiyalı şifrləmə modulu ilə yeniləməyə nail olub.

Dövlət Mühafizə Xüsusi Xidmətində həyata keçirilən və planlaşdırılan tədbirlər – bura 5-6 kilometr radiusda eyni vaxtda onlarla pilotsuz uçuş aparatının (PUA) aşkarlanmasını və zərərsizləşdirilməsini nəzərdə tutan ultra-müasir anti-dron sisteminin alınması da daxildir. Dövlət Mühafizə Xüsusi Xidməti heç vaxt bugünkü qədər yüksək inkişaf səviyyəsində olmayıb", - deyə Mamuka Mdinaradze bildirib.

ŞƏRH YAZ
3