Marneulidə qəbristanlıqda təmizlik qalmaqalı - VİDEO
02.06.2026 01:02
309
Siyasət
A
Marneulidə qəbristanlıqda təmizlik qalmaqalı - VİDEO

"Vahid Milli Hərəkat" Partiyasının üzvü Ramal Əhmədov Marneulinin mərkəzi qəbiristanlığında brifinq keçirərək, bir neçə gün əvvəl Marneuli Meriyasının həmin ərazidə apardığı təmizlik işlərini və onu videoçəkilişləri aparmasını tənqid edib. O, görülən işlərin sadəcə reklam xarakteri daşıdığını ifadə edib.

Onun sözlərinə görə, qəbiristanlıqdakı otluq sahə yalnız çəkiliş zamanı təmizlənib, daha sonra isə işlər yarımçıq saxlanılıb.

“Supta Marneuli” şirkətinin rəhbəri Leri Mumladze isə ittihamlara cavab olaraq deyib ki, əlverişsiz hava şəraiti səbəbindən təmizlik işlərini tam başa çatdırmaq mümkün olmayıb. O, sözügedən işlərin bir həftə ərzində yekunlaşdırılacağını qeyd edib.

Daha ətraflı Salo Salahlının video xəbərini təqdim edirik:

ŞƏRH YAZ
1