Bu gündən nikah evləri fəaliyyətini bərpa edir. 9 aylıq fasilədən sonra nikah qeydiyyatı mərasimi keçirmək mümkün olacaq.
Aktual.ge xəbər verir ki, bu gündən etibarən Gürcüstanın hər yerində evlilik üçün qeydiyyat evləri açılır.
Mövcud məlumatlara görə, cütlük birgə ərizə təqdim etmək üçün Ədliyyə Evlərinə, icma mərkəzlərinə, ərazi idarələrinə, nikah evlərinə ziyarət etməzdən əvvəl my.gov.ge-də ilkin qeydiyyatdan keçməlidirlər.
“9 iyun tarixindən etibarən bütün ölkədə nikah qeydiyyatı xidməti bərpa edilir. Evlilik müraciəti edə biləcəyiniz ədliyyə evlərinə, icma mərkəzlərinə və ya region ofislərimizə əvvəlcədən rezerv etməlisiniz. Əlavə olaraq bildirmək istərdik ki, bütün bu mərasim pandemiyanın müvafiq qaydalarına tam uyğun olaraq həyata keçiriləcəkdir", - deyə Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin sədri Zurab Sanikidze bildirib.
Məlumat üçün bildirək ki, nikahlanmaq istəyən şəxslər 10 nəfərdən çox olmamaqla pandemiya ilə əlaqədar bütün qanunlara riayət edərək kiçik mərasim keçirə bilər.