Azərbaycandan Gürcüstana qanunsuz keçmək istəyən 6 nəfər saxlanılıb
Bugün
345
Dünya
A
Azərbaycandan Gürcüstana qanunsuz keçmək istəyən 6 nəfər saxlanılıb

Azərbaycan Dövlət sərhədini pozmağa cəhd göstərərək Gürcüstana keçməyə çalışan 6 nəfər Nigeriya vətəndaşı vətəndaşı saxlanılıb.

Aktual.ge xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi məlumat yayıb.

"DSX-nın Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycan Respublikasından Gürcüstan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən 6 Nigeriya Federativ Respublikası vətəndaşı – 1980-cı il təvəllüdlü İguare Oliver Osagie, 1986-cı il təvəllüdlü Ogungbure Adesoji Austin, 1992-ci il təvəllüdlü Akinniyi Olamilekan Sunday, 1994-cü il təvəllüdlü Adele Moshood Adekunle, 1997-ci il təvəllüdlü King Tamarasinla Gloria, 1998-ci il təvəllüdlü Ajala Oluvafemi Moses həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində saxlanılıblar.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir" , - məlumatda qeyd olunub.

ŞƏRH YAZ
0