Kateqoriyalar
Tbilisidə yaşayış mənzilində iki gəncin meyiti aşkarlanıb.
Aktual.ge xəbər verir ki, faktı Gürcüstan Daxili İşlər Nazirliyi də təsdiqləyib.
Məlumata əsasən, gənclərin yaxınları onların uzun müddət əlaqəyə çıxmamasından narahat olaraq yaşadıqları binaya gəliblər.
Hadisə yerinə çağırılan Fövqəladə Halların İdarə Olunması Xidmətinin əməkdaşları mənzilin qapısını sındıraraq içəri daxil olub və meyitləri aşkar ediblər.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 115-ci maddəsi – özünü öldürmə həddinə çatdırma maddəsi ilə istintaq aparılır. Hadisənin səbəbləri araşdırılır.