Ai Gürcüstanla viza məsələsini müzakirəyə çıxarır
Bugün
169
Dünya
A
Ai Gürcüstanla viza məsələsini müzakirəyə çıxarır

Avropa İttifaqı (Aİ) gələn həftə, iyunun 11-də viza məsələsi ilə bağlı Gürcüstanla dialoq aparmağı planlaşdırır.

Aktual.ge xəbər verir ki, bununla bağlı "Azadlıq Radiosu"nun Avropa bürosunun rəhbəri Rikard Yozviakın məlumat verib.

"Viza liberallaşdırılmasının mümkün dayandırılmasının müzakirə olunacağı vacib görüş“, - deyə o, qeyd edib.

Onun məlumatına görə, Avropa Komissiyası dekabr ayında vizalarla bağlı illik hesabatını təqdim edəcək, yanvar ayında isə üzv dövlətlər qərar qəbul etməlidirlər.

ŞƏRH YAZ
0