Rusiya hökuməti qarabaşaq yarmasının ixracına müvəqqəti qadağa qoyub.
Aktual.ge xəbər verir ki, bu barədə Rusiya mediası hökumətin mətbuat xidmətinə istinadən məlumat yayıb.
“Məhdudiyyət altı ay müddətində qüvvədə olacaq. Qərar daxili ərzaq bazarında sabitliyin qorunması məqsədilə qəbul edilib. Qdağa Avrasiya İqtisadi İttifaqına üzv "ölkələrə", Abxaziyaya və Cənubi Osetiyaya ixraca, həmçinin hökumətin qərarları əsasında humanitar yardım kimi göndərilən yüklərə şamil olunmur. Hökumətlərarası sazişlər çərçivəsində həyata keçirilən tədarüklər də istisnalar sırasındadır" , - məlumatda qeyd olunub.
Digər bir qərarla Avrasiya İqtisadi İttifaqının hüdudlarından kənara ixrac edilən noxud, nut və mərcimək partiyaları üçün sıfır ixrac gömrük rüsumu müəyyən edilib”, – deyə Rusiya hökumətinin bəyanatında qeyd olunur.