Bidzina İvanişvili: Onlara demişəm, məsləhət üçün məni çağırmayın
13.01.2021 12:26
350
Siyasət
A
Bidzina İvanişvili: Onlara demişəm, məsləhət üçün məni çağırmayın
"Artıq komandaya məsləhət verməyəcəyəm və komanda üzvləri bunu yaxşı bilirlər". Aktual.ge xəbər verir ki, bunu milyarder Bidzina İvanişvili Birinci Kanalın efirində yayımlanan "Azad Vizion" proqramında qonaq olarkən bildirib. “Artıq komandaya məsləhət verməyəcəyəm və komanda üzvləri bunu yaxşı bilirlər. Partiyada bir neçə məsləhətləşmələrimiz var idi və aylardır üzvlərimizə siyasətdən ayrılacağm barədə demişdim. Onlara mümkün qədər sözümü pozmayacağımı xatırlatdım, siyasi məsələlər üzrə bütün məsləhətləşmələrə xitam veriləcəyini isə açıq şəkildə bildirdim",-deyə o qeyd edib. Onun sözlərinə görə, komanda üzvləri ilə münasibətlər gündəlik olaraq davam edəcək, ancaq siyasi mövzularda deyil: “Yəqin ki, bu sizinlə son reportaj olacaq. Bir neçə xarici KİV-də dünənki açıqlamamdan sonra bir istək yarandı və bəlkə sabah ya da sabahkı gün bunu edəcəm, sonra bu gün çox bəyəndiyim həyatıma qayıdacağam. 'Gürcü Arzusu'nun tərəfdarı da olmayacağam, maksimum vətəndaşlıq fəaliyyətim seçkilərə gəlmək və orada səs vermək olacaq. Heç bir müsahibə, heç bir açıqlama, heç bir komanda üzvünə zəng, şərh verməyəcəm. Bunu komanda da bir neçə dəfə təkrarladım, məndən şərh gözləməyin, özünüzü və ya məni belə təhqir etməyin, məsləhət üçün məni çağırmayın. Əvvəlki ilə bugünümüz arasındakı fərq budur".
ŞƏRH YAZ
1