GAK Quriada xristiyanlarla müsəlmanlar arasında baş verən hadisələrlə bağlı bəyanat verib
14.01.2021 16:18
295
Siyasət
A
GAK Quriada xristiyanlarla müsəlmanlar arasında baş verən hadisələrlə bağlı bəyanat verib
"Quriyanın Buknari kəndində gedən prosesləri diqqətlə izləyirik. Tolerant ölkəmizdə, eyni Allaha fərqli üsullarla dua edən, bir xalqın iki oğlunun anlaşmasi üçün dialoqa alternativ yoxdur". Aktual.ge xəbər verir ki, bununla bağlı Gürcüstan Azərbaycanlılarının Konqresi (GAK) Quria bölgəsinin Çoxaturi rayonunun Buknari kəndində xristiyanlarla müsəlmanlar arasında dini zəmində baş verən hadisələrlə belə münasibət bildirib. "İnanırıq ki, hər iki tərəfin müdrik ruhaniləri və bölgə rəhbərliyi qısa bir vaxtda məsələnin ən uyğun həllini tapacaqlar. Allah hamımızın dualarını qəbul etsin. Amin",-deyə qeyd olunub.
ŞƏRH YAZ
0