26.09.2022 13:47
604
Kriminal
A
"Aktual"ın məlumatına görə, piyadanı vurub hadisə yerindən qaçan şəxs saxlanılıb

Dünən saat 22:30 radələrində Marneuli rayonunun Qızılhacılı 26 May küçəsində avtomobili ilə piyadanı vurub hadisə yerindən qaçan şəxs saxlanılıb.

Bu barədə Aktual.ge xəbər portalı etibarlı mənbələrdən məlumat əldə edib.

Mövcud məlumata görə, hadisənin üzərindən qısa bir müddət keçdikdən sonra patrul polisi "VAZ 07" markalı avtomobil rayonun Rustaveli küçəsindəki işiqforda saxlayıb.

Məsələ ilə əlaqədar dəfələrlə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti ilə əlaqə saxlasaq da, konkret məlumat verilməyib.

ŞƏRH YAZ
0