Kateqoriyalar
2023-cü ildə kommersiya bankları 2,714 milyard lari xalis mənfəət əldə ediblər. Bu, əvvəlki illə müqayisədə 30% çoxdur.
Aktual.ge xəbər verir ki, 2022-ci ildə bankların xalis mənfəəti 2,091 milyard lari təşkil edib.
Milli Bankın statistikasına görə, 2023-cü ildə kommersiya banklarının faiz gəlirləri 7,153 milyard lari, faiz xərcləri isə 3,264 milyard lari olub.
Qeyd edək ki, 2023-cü ildə bankların kreditlərdən əldə etdiyi faiz gəlirləri 5,997 milyard lari, cərimələrdən 109,9 milyon lari, valyuta alqı-satqı əməliyyatlarından əldə olunan mənfəət isə 667,2 milyon lari təşkil edib.