Türkiyədə dəhşətli avtobus qəzası: Səkkiz ölü, 33 yaralı - FOTO/VİDEO
Bugün
146
Dünya
A
Türkiyədə dəhşətli avtobus qəzası: Səkkiz ölü, 33 yaralı - FOTO/VİDEO

Türkiyənin Denizli vilayətində şəhərlərarası sərnişin avtobusunun qəzaya uğraması nəticəsində səkkiz nəfər həlak olub, 33 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Aktual.ge "TRT Haber" telekanalına istinadən xəbər verir ki, avtobus İzmir şəhərindən Antalya istiqamətində hərəkət edirmiş.

Qəza Denizli-Aydın avtomobil yolunun Sarıköy qəsəbəsi yaxınlığından keçən hissəsində baş verib. Məlumata görə, avtobus hələlik naməlum səbəbdən idarəetmədən çıxaraq təhlükəsizlik çəpərinə çırpılıb və bundan sonra alovlanıb.

ŞƏRH YAZ
1