Bidzina İvanişvilinin keçmiş vəkili siyasi partiya qurur | Partiya adı açıqlandı
Bugün
298
Siyasət
A
Bidzina İvanişvilinin keçmiş vəkili siyasi partiya qurur | Partiya adı açıqlandı

"Gürcü Arzusu"nun qurucusu Bidzina İvanişvilinin keçmiş vəkili Viktor Kipiani rəsmi olaraq siyasi arenaya daxil olur.

Aktual.ge xəbər verir ki, o, "Tv Pirveli"yə açıqlamasında "Əvvəl Gürcüstan" adlı siyasi partiya qurduğunu və ilk qurultayını iyunun 21-də keçirəcəyini bildirib.

“Biz planlaşdırırıq və niyyətimiz odur ki, iyunun 21-də ‘Əvvəl Gürcüstan’ siyasi partiyasının təsis qurultayı keçirilsin. Bu, müəyyən etdiyimiz tarixdir və fəaliyyətimizi həmin tarixə yönəltmişik”, - deyə Viktor Kipiani qeyd edib.

ŞƏRH YAZ
4