Kateqoriyalar
Azərbaycanın quru sərhədlərinin açıq olmaması ilə bağlı şikayətlər var.
Aktual.ge xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin deputatı Naqif Həmzəyev parlamentin bu gün keçirilən plenar iclasında bildirib.
"Düşünürəm ki, ən azı Gürcüstanla sərhədləri Azərbaycan vətəndaşları üçün açmaq olar", - deyə o qeyd edib.
Deputat bildirib ki, ən azından Azərbaycan vətəndaşları üçün Gürcüstanla sərhədi açmaq olar:
“Bilirik ki, digər sərhədlərdə problem var. Bu da müəyyən dərəcədə bizə ünvanlanan suallara cavab olar. Xüsusilə yay aylarında bu sərhədin açılması çox yaxşı olardı. ÜST-ün son qərarından sonra vətəndaşlar bunu istəyirlər".