Gürcüstanda cərimələrdən büdcəyə daxilolmalar 84 faiz artıb
25.05.2026 12:57
312
Siyasət
A
Gürcüstanda cərimələrdən büdcəyə daxilolmalar 84 faiz artıb

2026-cı ilin ilk dörd ayında Gürcüstanda cərimə və sanksiyalardan dövlət büdcəsinə daxil olan vəsait kəskin artıb.

Aktual.ge xəbər verir ki, maliyyə Nazirliyinin məlumatına görə, büdcəyə bu mənbədən 192 milyon laridən çox vəsait daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 84 faiz çoxdur.

Ən böyük artım isə yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən cərimələrdə qeydə alınıb. Belə ki, 2026-cı ilin yanvar-aprel aylarında sürücülərdən toplanan cərimələrin həcmi 108 milyon larini ötüb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə demək olar iki dəfə çoxdur.

Statistikaya əsasən, inzibati hüquq pozuntularına görə tətbiq olunan cərimələr dövlət büdcəsinin əsas gəlir mənbələrindən birinə çevrilməkdə davam edir.

ŞƏRH YAZ
4